O, "Eurovision"a getmək istəyirmiş 

16:49 16.04.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Müğənni Məradan Kazımov "Eurovision" seçim turlarına qatıldığını etiraf edib.

Hafta.az xəbər verir ki, müğənni bu haqda "Mədəni şou"da danışıb.

Onun sözlərinə görə, bir neçə dəfə seçim turlarına müraciət edib:

"Ən böyük istəyimdir Azərbaycanı beynəlxalq yarışmada təmsil edim. Ancaq ədalətsiz qərar məni hərdən fikrimdən daşındırır. Sonra yenə fikrimə qayıdıram. İstəyirəm sırf Azərbaycan dilində oxuyum. Bu il də namizədliyimi irəli sürmüşdüm, ancaq Cəmilə seçildi".